Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə aksiyası keçirilib.

100-dən artıq şirkət əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı ərazinin torpaq iqlim şəraitinə uyğun 500-dən artıq şam ağacı əkilib.

Yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ekoloji maarifləndirməni artırmaq, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək, ətraf mühitin mühafizəsində aktiv iştiraka təşviq etməkdir.

Əvvəlki məqalə“Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyasında iştirak edib
Növbəti məqalədəBosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib