Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Baş Mil-Muğan kanalında qanunsuz balıq ovu ilə məşğul olan Saatlı rayon sakini E.Həsrətov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsdən qadağan olunan ov qurğuları, eləcə də qanunsuz ovlanmış balıq aşkar edilib. Araşdırmalar aparılır.