“Pakistan hökuməti 2030-cu ilə qədər tullantıları azaltmaq məqsədinə nail olmaq üçün ambisiyalarını gücləndirib”.
“Report” xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) bildirib.
“İqlim dəyişikliyi bəşəriyyət üçün ekzistensial təhlükədir. Pakistan keçən il şiddətli daşqınlardan əziyyət çəkib. Qlazqoda keçirilən COP27 konfransında yenidən işlənmiş milli töhfələri təqdim edərək ambisiyalarımızı gücləndirdik”, – o bildirib.
Baş nazirin sözlərinə görə, bu il Pakistan bu məsələ ilə bağlı hərtərəfli milli plan təqdim edib, həmçinin iqlim və təbiətin qayğısına qalmaq təşəbbüsü ilə çıxış edib.