”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Araz” supermarketlər şəbəkəsinin Olimpik, Space və Statistika filiallarından ümumilikdə 36 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.
Qeyd edək ki, istifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib.
Layihəyə dəstək verən bütün tərəfdaşlara və vətəndaşlara təşəkkür edirik.