dolu

Beyləqan rayonu ərazisinə dolu yağıntısı düşüb. Öncə küləkli yağışla başlayan yağıntı bir müddət sonra doluya çevrilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təbiət hadisəsi saat 16 radələrində başlayıb. Öncə küləkli hava və yağış müşahidə edilib, bir müddət sonra yağış güclənib və dolu ilə əvəzlənib. Görüntüləri təqdim edirik.

Əvvəlki məqaləPrezident Kitabxanasında “СOP29 Azərbaycan” adlı elektron layihə hazırlanıb
Növbəti məqalədəLerikdə torpaq sürüşməsi baş verib, Lənkəran – Lerik yolu bağlanıb