Beynəlxalq Biomüxtəliflik Günü xüsusi mühafizə olunan təbiət ərazilərində müxtəlif tədbirlərlə qeyd olunub

22 may “Beynəlxalq Biomüxtəliflik Günü” ilə əlaqədar Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən akademik Zərifə Əliyeva adına liseydə və Zaqatala şəhər 2 saylı tam orta məktəbdə, Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən Goranboy rayon Qarasuçu kənd tam orta məktəbində məktəblilərlə görüş keçirilib, onlara biomuxtəlifliyin qorunması, əhəmiyyəti, bu sahədə görülən işlər, xüsusi mühafizə olunan təbiət əraziləri bərədə məlumatlar verilib.

Eyni zamanda, Türyançay Dövlət Təbiət Qoruğu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qoruğa yaxın yaşayan kənd sakinləri üçün “Bioloji müxtəlifliyi yanğından qoruyaq” mövzusunda maarifləndirici görüş keçirilib, təmizlik aksiyası təşkil olunub.

Əvvəlki məqaləFatih Birol: COP29 üzrə danışıqlar təmiz enerjiyə investisiyaların həcmini artırmağa kömək etməlidir
Növbəti məqalədəCəbrayılda dövlət mülkiyyətinə aid 940 hektar torpaq sahəsi günəş elektrik stansiyasının ərazisi kimi müəyyən edilib