BMT Baş katibi Antonio Quterreş
BMT Baş katibi Antonio Quterreş

“Son 20 ildə həddindən artıq istilərlə bağlı ölən 65 yaşdan yuxarı insanların sayı 85% artıb”.

“Report” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

“Dağıdıcı istilik hər yerdədir, lakin hamıya eyni dərəcədə təsir etmir. Temperaturun yüksəlməsindən ən çox əziyyət çəkən insanlar şəhərlərdə yaşayan yoxsullar, hamilə qadınlar, əlillər, qocalardır. Məsələn, 65 yaşdan yuxarı insanlar arasında istiliklə bağlı ölüm halları son 20 ildə 85% artıb”, – deyə o vurğulayıb.

Bundan əlavə, dünya təşkilatının rəhbəri qeyd edib ki, əsrin ortalarına qədər həddindən artıq isti ərazilərdə yaşayan yoxsulların sayı 7 dəfə arta bilər:

“Həddindən artıq istilər bərabərsizliyi artırır, ərzaq qıtlığı yaradır və insanları daha dərin yoxsulluğa sürükləyir”.

Əvvəlki məqaləÜST Azərbaycan və tərəfdaşları COP29-a hazırlıq məqsədilə Vahid Sağlamlıq dialoqu keçirir
Növbəti məqalədəNiderland su planlamasını COP29-un fokusuna çevirən inteqral və inklüziv uyğunlaşma yanaşmasını təşviq edəcək