Birləşmiş Millətlər Təşkilatının İnkişaf Koordinasiya Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Qvi Yeop Son ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.