BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəflərinin heç bir konfransı uğursuz ola bilməz. COP29 üzrə qlobal gözləntilər olduqca yüksəkdir.

Bunu “Report”a müsahibəsində BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva deyib.

“Qarşıdan gələn COP29 iqlim konfransı həm ev sahibi ölkə, həm də dünya ictimaiyyəti üçün mühüm hadisə olacaq. Bu görüş qlobal miqyasda iqlim fəaliyyətinin irəliləyişində həlledici rol oynayacaq”, – o bildirib.

V.Andreyevanın sözlərinə görə, BMT-nin Azərbaycandakı komandası da COP-un keçirilməsini ölkə üçün bir fürsət hesab edir: “Bu sessiyanın Bakıda keçirilməsi müsbət dinamikaya əsaslanmaq və iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın ambisiyalarını artırmaq imkanı verir”.

Əvvəlki məqalə“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində jurnalistlər arasında müsabiqə elan edilib
Növbəti məqalədəVenesuelanın sonuncu dağ buzlağı əriyib