Bosniya və Herseqovinanın “Drina” Milli Parkının ərazisində meşə yanğını iki gündür davam edir.
AZƏRTAC xəbər verir ki, iynəyarpaqlı meşəni və bitki örtüyünü bürüyən yanğın güclü külək səbəbindən əlçatmaz relyefdə geniş əraziyə yayılır. Alovlar Luka kəndindəki bəzi evlər üçün təhlükə yaradıb.
Əraziyə helikopterlər və yanğınsöndürmə briqadaları cəlb olunub. Tüstü və güclü külək helikopterlərin işini çətinləşdirir.
Milli Parkın direktoru Radomir Pavloviç deyib ki, yanğın kanyon hissədə təxminən 5 kilometr əraziyə yayılıb.