dolu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 8-i saat 10:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, Böyük Qafqazda yağıntılar leysan xarakterli intensiv olub.

Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı Zaqatalada 85, Qaxda 65, Şəkidə 33, Balakəndə 21, Gədəbəydə 12, Tərtərdə 9, Şahdağ, İsmayıllı, Qəbələ, Oğuz, Daşkəsən, Quba, Qusar, Qrız, Şamaxı, Xınalıq, Xaltan, Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Kürdəmir, Goranboy, Naftalanda 4 millimetrədək olub.

İyunun 7-si saat 19:55 radələrində Zaqatala rayonu Kəbalaba kəndinə diametri 8, Zaqatala rayonuna saat 20:20 radələrində 13, Zaqatala rayonu Axaxdərə kəndinə isə 30 millimetr olan dolu düşüb.

Şimal-şərq küləyi əsib, arabir Zaqatalada saniyədə 23-28, Bakıda və Abşeron yarımadasında 20 metrədək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34°, Naxçıvan Muxtar Respublikasında 36°, Aran rayonlarında 39°-dək, dağlıq rayonlarda 22-27° isti olub.

Əvvəlki məqaləMuxtar Babayev BMT-nin İşçi Qrupu ilə görüşüb
Növbəti məqalədəBMT Ümumdünya Okean Günü münasibətilə müraciət yayıb