Bu il Ağgöl Milli Parkının ərazisində 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb.
“Report” xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva Ağgöl Milli Parkına mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.
Xidmət rəisinin müavini vurğulayıb ki, hər il Azərbaycan üzərindən 20 milyondan çox su-bataqlıq quşu miqrasiya edir və ölkəmizdə su-bataqlıq quşlarının toplaşma məntəqələrinin ən əsas yerlərindən biri Ağgöl Milli Parkıdır:
“Parkın ərazisi beynəlxalq əhəmiyyətə malik su-bataqlıq ərazilərinin qorunması və davamlı istifadəsi məqsədilə təsis edilmiş Ramsar Konvensiyasına daxil olunub. Bu göstərici ötən illə müqayisədə 2 dəfə çoxdur.
Park quşların toplaşdığı boyük məntəqələrdən biri olduğundan, köç dövrlərində, həmçinin ilin digər zamanlarında da bu ərazidə quşların həm istirahət və dayanma yerləri, həm də yuvalaması üçün münbit şərait mövcuddur”.