sel

İyulda intensiv leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən ay ümumi olaraq ölkə üzrə 43 sel hadisəsi baş verib ki, bu da 2023-cü ilin analoji ayı ilə müqayisədə 2,7 dəfə çox olub. Bu ilin iyulu son 50 il ərzində ən çox sel hadisəsi olan ay kimi qeydə alınıb.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, iyulda ölkənin çaylarında, xüsusilə Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsi ərazilərindən axan əksər çaylarda sululuq normadan yüksək, bəzi çaylarda isə normadan aşağı olub.

Əvvəlki məqaləAzərbaycanla Özbəkistan arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib
Növbəti məqalədəCOP29 Könüllülük Proqramı çərçivəsində təlim mərhələsi başlayıb