sel

Bu yay ölkədə 147 sel-daşqın hadisəsi baş verib.

“Report” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, bu, ölkədə rekord göstəricidir.

Nazim Mahmudov qeyd edib ki, son 10 ildə dünyada baş verən iqlim dəyişmələri ölkəmizdən də yan keçmir:

“Tez-tez sual verilirdi ki, qışda hava niyə belə mülayim keçir. Noyabrda havanın temperaturu 24-dək yaxınlaşdığı müşahidə edildi. Bu, məhz iqlim dəyişmələrinin təsiridir”.

O həmçinin qeyd edib ki, Hidrometeorologiya Xidməti baş verən təhlükəli atmosfer hadisələrinin proqnozlaşdırıması üçün işlər görür:

“Azərbaycanda SMS radarla bağlı işlər davam edir. Beynəlxaq təcrübə hazırda araşdırılır. Ən yaxın ölkə olan Türkiyə təcrübəsi də araşdırılır. Bununla bağlı ekspert qrupunun görüşü də planlaşdırılıb. Növbəti ildə ən müasir beynəxlalq təcrübəni ölkəmizdə tətbiq edəcəyik”.

Əvvəlki məqaləFüzulidə ağacəkmə aksiyasında 100 ədəd Eldar şamı və sərv ağacı əkilib
Növbəti məqalədəNazir müavini işğaldan azad olunan ərazilərdə faunanın bərpası üçün görülən işləri açıqlayıb