Cənubi Afrikanın cənub-şərqində son üç gün ərzində yağan leysan yağışlarının yaratdığı daşqınlar səbəbindən azı 5 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə KvaZulu-Natal əyalət hökumətinin başçısı Nomusa Dube-Nkube məlumat verib.
Onun sözlərinə görə, hazırda əyalətdə xilasedicilər işləyir: “Beş nəfər həlak olub, yollara, körpülərə və digər infrastruktura ciddi ziyan dəyib. Evlər dağıdılıb, onların dəqiq sayı müəyyənləşdirilir”.
Sinoptiklər Cənubi Afrikada quru mövsümün artıq başladığı üçün hazırkı havanın qeyri-adi olduğunu bildirir.
Adətən apreldə və payızın ikinci ayı Afrikanın cənubunda praktiki olaraq yağış yağmır. Mütəxəssislər Cənubi Afrikaya uzun sürən yağışların gəlməsini El Nino hava fenomeni ilə əlaqələndirirlər.