Cənubi Koreya xarici işlər nazirinin iqlim məsələləri üzrə müavini xanım Hyun Kim

COP29-da çox vacib gündəlik kimi xüsusilə inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşməsini müzakirə edəcəyik. Çox əminəm ki, Azərbaycanın güclü liderliyi ilə biz noyabrda keçiriləcək COP29-da iqlim maliyyələşməsi məsələsində xüsusilə inkişaf etməkdə olan və həssas ölkələr üçün uğurlu nəticələr əldə edə biləcəyik.

Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə açıqlamasında Cənubi Koreya xarici işlər nazirinin iqlim məsələləri üzrə müavini xanım Hyun Kim söyləyib. O, iqlim dəyişikliyinin qlobal çağırış olduğunu və elə qlobal fəaliyyət də tələb etdiyini deyib. Bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının bütün üzvləri bu istiqamətdə birlikdə səylə çalışmalıdırlar.

Ölkəmizi noyabrda COP29 konfransına ev sahibliyinə görə təbrik edən Cənubi Koreya rəsmisi Azərbaycana, COP29-un təşkilatçılarına uğurlar arzulayıb.

Əvvəlki məqaləBakıda 38, rayonlarda 40 dərəcə isti olacaq
Növbəti məqalədəƏminəm ki, Azərbaycanın sədrliyi ilə möhtəşəm COP29 tədbirinin şahidi olacağıq