Kahramanmaraşda 4,4 maqnitudalı zəlzələ olub
Oktyabrın 19-da Türkiyənin Kahramanmaraş vilayətində 4,4 maqnitudalı zəlzələ baş verib.
AZƏRTAC Türkiyə Hökumətinin Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 14:41-də qeydə alınıb.
Zəlzələnin episentri Dulkadiroğlu rayonunda, ocağı isə 10,53 kilometr...
Hacıqabulda subasmaya məruz qalmış bir sıra ünvanlarda suyun kənarlaşdırılması təmin olunub
Xəbər verildiyi kimi, intensiv yağışlar nəticəsində Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində zəruri təhlükəsizlik tədbirlərinin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub.
FHN Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən gündən başlayan əməliyyat gecə saatlarında...
Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir
Oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Ümumdünya Köçəri Quşlar Günü
Ümumdünya Köçəri Quşlar Günü may ayının ikinci şənbə günü (11 may 2024-cü il) köçəri quşların yuvalama yerlərinə getməsi və oktyabrın ikinci şənbə günü (12 oktyabr 2024-cü il) qışlama yerlərinə qayıtdıqları zaman qeyd olunur.
Bu gün...
Azərbaycanda quşların qış sayğısının nəticəsinə əsasən 704 min fərd qеydə аlınıb
Azərbaycanda quşların qış sayğısının nəticəsinə əsasən 704 mindən çox fərd qеydə аlınıb.
AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
Bu gün - oktyabrın 12-si Ümumdünya Köçəri Quşlar Günüdür, 2006-cı ildən etibarən...
Meteoroloqlar “Milton” qasırğasının güclənməsinin səbəbini açıqlayıblar
ABŞ-nin Florida ştatında ciddi fəsadlar törədən “Milton” qasırğası qlobal istiləşmənin təsiri ilə güclənib.
"Report" "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə “World Weather Attribution” (WWA) mərkəzi məlumat yayıb.
“Biz belə qənaətə gəldik ki, iqlim dəyişikliyi qasırğanın trayektoriyası...
Hacıqabulda leysan nəticəsində 300-dən çox ev su içində qalıb
Hacıqabul rayonuna yağan leysan nəticəsində 300-dən çox ev su içində qalıb.
Bu barədə Aran bürosuna Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov bildirib.
Onun sözlərinə görə, yağış rayonda bir sıra fəsadlar törədib.
Rayon mərkəzi də daxil...
Hacıqabulda yağıntının miqdarı aylıq normanın 147 %-ni təşkil edib
Oktyabrın 12-də Hacıqabul rayonuna leysan xarakterli güclü yağış yağıb.
Bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata əsasən, güclü yağış nəticəsində Muşov dağdan gələn sel suları nəticəsində rayonun çox hissəsini su basıb.
Yağıntının miqdarı 45 mm olub....
Növbəti üç gündə bölgələrdə güclü külək əsəcək
Növbəti üç gündə bölgələrdə küləkli hava şəraiti gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.
Belə ki, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Kəlbəcər, Sabirabad, Biləsuvar, Masallı, Şirvan, Neftçala, Lənkəran, Cəlilabad, Goranboy, Naftalan, Gəncə, Şabran, Siyəzən, Xaçmaz,...
Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası tikiləcək
Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası tikiləcək.
"Report" xəbər verir ki, bu barədə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.
Bildirilir ki, Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi...