BMT qum və toz fırtınalarının artması ilə bağlı xəbərdarlıq edib
Hər il təxminən iki milyard ton qum və toz Yer atmosferinə daxil olur ki, bu da Gizadakı Böyük piramidanın 350 qat ağırlığına bərabərdir. Bunu BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəfləri Katibliyinin ekspertləri bildiriblər və...
Sabah yağış yağacaq, külək əsəcək
Bakıda və Abşeron yarımadasında noyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı...
Müşfiqabadda son bir ayda 16 mindən artıq ağac əkilib
Yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ağacəkmə aksiyaları payız ağac əkini mövsümündə də...
Bu gün Abşeronun bəzi yerlərində leysan olacaq, şimşək çaxacaq
Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı...
İndoneziyada 6,2 bal gücündə zəlzələ baş verib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 10 min nəfər əhalisi olan Tobelo şəhərindən 89...
Alimlərin araşdırması: Fillər bir-biri ilə adları vasitəsilə ünsiyyət qururlar
Alimlərin araşdırmasına görə, fillər bir-birini adları ilə səsləyir.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, alimlərin apardığı tədqiqat heyvanların koqnitiv qabiliyyətləri barədə təsəvvürü növbəti dəfə dəyişib. Düzdür, fil ən ağıllı heyvanlardan biridir, elm tərəfindən yaxşı öyrənilib....
Britaniya alimləri: Antarktida buzlaqlarının əriməsi prosesini dayandırmaq artıq qeyri-mümkündür
Britaniya alimləri bu qənaətə gəliblər ki, Antarktida buzlaqlarının əriməsinin qarşısını almaq artıq mümkün deyil.
AZƏRTAC aparılan araşdırmaya əsasən xəbər verir ki, Antarktidadakı nəhəng buzlaqların ərimə sürəti yaxın onillikdə xeyli artacaq, onların hamısı suya çevrilərək dünya okeanının...
Xəzərdə suitilərin kütləvi şəkildə tələfinə köçəri quşlar səbəb ola bilər
Keçən ilin dekabrında Dağıstan sahillərində Xəzər suitilərinin kütləvi şəkildə tələf olmasına quş qripinin daşıyıcısı köçəri quşlar səbəb ola bilər.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Kompas” Fondunun mətbuat xidməti məlumat yayıb.
Xəzərin Dağıstan sahillərində...
Qlobal meşə yanğınlarının əraziləri üç dəfə artıb
Qlobal meşə yanğınlarının əraziləri son 10 ildə üç dəfə artıb
2001-ci ildən 2021-ci ilə qədər bütün dünyada 25 milyon hektara qədər meşə yanıb ki, bu da Böyük Britaniyanın ölçüsünə bərabərdir.
“Report” xəbər verir ki, bu nəticəyə...
Bir neçə rayona qar yağıb
Noyabrın 21-i saat 17:00-a olan məlumata əsasən, Culfa, Ordubad, Neftçala, Beyləqan, Salyan, Balakən, Zaqatala, Şəki, Altıağac, Quba, Xaçmaz, Şabran, Biləsuvar, Lənkəranda, Bakıda və Abşeron yarımadasında yağış, Qusar (Laza), Xınalıq, Qax (Sarıbaş), Qrız, Şahdağda qar...