Çinin Qırğızıstan və Qazaxıstanla sərhədində 7 maqnitudada zəlzələ qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Aksu vilayətindən 121 km qərbdə və Almatıdan 270 km cənub-şərqdə yerləşir, ocağı isə 9 km dərinlikdədir.
Dağıntı və tələfat barədə məlumat yoxdur.