COP29 Beynəlxalq Məşvərət Şurası bu həftə ilk iclasını keçirib.
“Report” xəbər verir ki, bu barədə COP29-un “X” hesabında məlumat verilib.
“Beynəlxalq institutları, milli siyasətləri və iqlim siyasətini təmsil edən dünya liderləri tərəfindən yaradılan komitə bu il COP29 sədrinin vacib məsləhətçisi kimi fəaliyyət göstərəcək”, – paylaşımda qeyd olunub.