avtobus

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 avtobusdan istifadə olunacaq.

“Report” xəbər verir ki, bu barədə COP29-un sədrliyinin “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.

Qeyd olunur ki, noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı mühüm irəliləyiş əldə olunub.

Son yeniliklərə Bakı Olimpiya Stadionunda işlərin tezliklə başa çatdırılması daxildir. Bundan əlavə, sərnişindaşınmanın asanlaşdırılması üçün 350 avtobus nəzərdə tutulub, “bnetwork” vasitəsilə əlavə 4 000 otaq əlçatan olacaq və tədbirin qlobal səviyyədə işıqlandırılması üçün müvəqqəti media mərkəzi yaradılacaq.

Əvvəlki məqaləBakıda iqlim dəyişikliyi ilə mübarizəyə dəstək üçün yaradılmış beynəlxalq Fondun üçüncü iclası keçirilib
Növbəti məqalədəAzərbaycana payız gəldi