İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayla görüşüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyin Azərbaycana keçməsindən məmnunluq ifadə olunub.
Tərəflər COP29 çərçivəsində tərəfdaşlıq imkanları, Azərbaycanın AQEM-də, o cümlədən AQEM-in İşgüzar Şurasında sədrliyinin prioritetləri, 2024-cü ilin 4-cü rübündə Bişkekdə keçirilməsi planlaşdırılan İşgüzar Şuranın yeddinci plenar sessiyasına və doqquzuncu biznes forumuna hazırlıq, bununla yanaşı regional iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparıblar.