“COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi ilə əlaqədar informasiya sessiyası

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi ilə əlaqədar QHT-lər üçün informasiya sessiyası keçirilib.

Görüş “Zoom” platformasında onlayn formatda baş tutub.

Görüşdə Ekologiya Və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı və Agentliyin struktur bölmə rəhbərləri və 50-dən artıq QHT nümayəndəsi iştirak edib.
Görüşə qoşulma bütün QHT-lər üçün sərbəst olub.

QHT nümayəndələrinin “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsinə müraciətlə bağlı sualları cavablandırılıb, müvafiq izahlar verilib.

Əvvəlki məqalə“Yay Fest”in üçüncü həftəsi yekunlaşır
Növbəti məqalədə“Yaşıl gələcək naminə” aksiyası Gəncə-Daşkəsən bölgəsində davam etdirilib