COP29 sədrliyi Londonda iqlim həftəsində iştirak edir.
“Report” xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Bizi Londonda iqlim həftəsinə dəvət etdiyi üçün Londonun lord merinə təşəkkür edirik. Biz daha “yaşıl dünya” üçün həmrəylik içində çalışaraq qarşıda məhsuldar bir həftə gözləyirik”, – paylaşımda qeyd edilib.
Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.
Thank you @citylordmayor for welcoming the #COP29 Leadership team to @london_climate week. We look forward to a productive week ahead, working in solidarity for a greener world. pic.twitter.com/i2sx5yFJQc
— COP29 AZ (@COP29_AZ) June 24, 2024