COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev Uqanda nümayəndələri ilə görüşüb
COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev Uqanda nümayəndələri ilə görüşüb

COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev Uqanda nümayəndələri ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

“Bonnda Uqandadan olan iqlim liderləri ilə dəyərli müzakirələr aparılıb. 77 Qrupunun perspektivi COP29 sədrliyi və sessiya öncəsi iqlim danışıqlarının gedişi üçün vacibdir”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, 2024-cü ildə 77 Qrupuna Uqanda sədrlik edir.

Əvvəlki məqaləCOP29 ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib
Növbəti məqalədəCozef Bayden: COP29 Azərbaycana əsas qlobal təşəbbüsləri irəlilətmək üçün unikal imkan yaradır