Danimarka Krallığının Azərbaycan Respublikasındakı qeyri-rezident səfiri Denni Annanın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.
Görüşdə bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.