“Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi “Təbiətə sevginin, heyvanlara qayğının artırılması” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində bu gün Daşkəsən rayonunun Xoşbulaq kəndində “Təbiəti sevək, heyvanlara qayğı göstərək” adlı növbəti ictimai müzakirə keçirilib.
İctimai Birliyin sədri İradə Həsənova bildirib ki, layihənin məqsədi ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması, sahibsiz heyvanlara qayğı göstərilməsi sahəsində insanlar arasında maarifləndirməni artırmaqdır.
Xatırladaq ki, layihə çərçivəsində analoji tədbir iyulun 8-də Gəncə şəhəri Azərbaycan Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsində keçirilib, növbəti tədbir isə Hacıkənd qəsəbəsində təşkil ediləcək. Bundan başqa, layihə çərçivəsində tullantıların təmizlənməsi, ətraf mühitin qorunması və heyvanlara qulluq barədə aksiyalar da keçiriləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.