Daşkəsən rayonunda bitkilərlə örtülmüş “yaşıl divarlar” yaradılır.
“Report”un Qərb bürosunun məlumatına görə, “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 3.6-cı bəndlərinin Daşkəsən rayonunda icrasını təmin emək məqsədilə müvafiq işlər davam etdirilir.
Yaşıllaşdırma və bioloji müxtəliflik sahəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Daşkəsən şəhərində bitkilərlə örtülmüş yeni “yaşıl divarlar” yaradılıb.