Dövlət Ekoloji Təhlükəsizlik Xidməti

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti gücləndirilmiş iş rejiminə keçib.

“Report” xəbər verir ki, bununla bağlı “Qaynar Xətt” də yaradılıb.

Dövlət Xidmətinin gücləndirilmiş iş rejiminə keçməsində məqsəd ətraf mühitin qorunması, atmosfer havasının mühafizəsi, ətraf mühitə atılan, axıdılan və yerləşdirilən tullantıların qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, ekoloji hüquqpozmalarla bağlı məlumatların operativ qaydada əldə edilməsinin səmərəli təşkilidir.

Qeyd edək ki, vətəndaşlar qarşılaşdıqları ekoloji problemlərlə bağlı 012 538- 71- 81, 055 538- 71- 81 telefon nömrələri ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Əvvəlki məqaləAzərbaycan COP29 iştirakçıları üçün pulsuz xüsusi vizanı tətbiq edib
Növbəti məqalədəBəzi yerlərdə yağış, Şahdağda isə qar yağır