Efiopiyanın cənubunda torpaq sürüşməsi

Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 229-a çatıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Efiopiya Qızıl Xaç Cəmiyyəti, qonşu rayon və zonaların mütəxəssisləri hazırda hadisə yerindədir və zərərçəkənlərə kömək edirlər.

Xatırladaq ki, torpaq sürüşməsi bazar ertəsi yerli vaxtla səhər saat 10 radələrində Efiopiyanın cənubundakı Geze Qofa rayonunda baş verib.

Rayonun baş administratoru Misikir Mitiku ölənlərin arasında uşaqların da olduğunu bildirib. Onun sözlərinə görə, xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayının artacağı ehtimal olunur.

Qeyd edək ki, Efiopiyada hər il iyul ayında başlayan və sentyabrın ortalarına qədər davam edən yağışlı mövsüm torpaq sürüşmələrinə səbəb olur.

Əvvəlki məqaləEkoloqların aksiyasına görə “Köln-Bonn” aeroportu işini dayandırıb
Növbəti məqalədəPaşinyan COP29-da ölkəsinin iştirakı məsələsinə avqustda aydınlıq gətirəcək