“Nargis” Fondunun təşkilatçılığı ilə baharın gəlişini müjdələyən “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz maarifləndirici təqdimatları ilə qoşulub.
Nazirliyin əməkdaşları və ekokönüllülər yarmarkanın qonaqları arasında bioloji müxtəliflik, meşə, hidrometeorologiya, tullantıların idarə olunması və s. sahələri əhatə edən kiçik viktorinalar təşkil edib.
Viktorinada iştirak edərək suallara düzgün cavab verən vətəndaşlara ekoçantalar, ətraf mühitin mühafizəsi ilə bağlı kitablar və müxtəlif məktəb ləvazimatları hədiyyə olunub.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən belə tədbirlər ətraf mühitin mühafizəsində ictimaiyyətin rolunun artırılmasına, əhali arasında ekoloji şüurun formalaşmasına töhfə vermək məqsədi daşıyır.