Ekoloji şəffaflığın qorunması məqsədilə növbəti ictimai dinləmə keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyində qurumuş və qəzalı ağacların götürülməsi, tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, bu məqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın qorunması məqsədilə növbəti ictimai dinləmə keçirilib.

“Report” xəbər verir ki, dinləmədə müstəqil ekoloqlar, dövlət qurumları, tikinti şirkətləri, QHT və KİV nümayəndələrinin iştirakı ilə Şəki şəhəri 18 nömrəli 720 şagird yerlik tam orta məktəbin tikinti layihəsi altına düşən, Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 163 ünvanında qeyri-yaşayış obyektinin yaxınlığındakı, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 16 ünvanındakı parkda, həmçinin Şəki şəhərinin küçə və prospektlərində ümumilikdə 134 ədəd, Xaçmaz rayonu ərazisində avtomobil yollarının kənarındakı ümumilikdə 68 ədəd müxtəlifcinsli qurumuş və qəzalı vəziyyətdə olan yaşıllıqların götürülməsi, həmçinin kompensasiya mexanizmlərinə dair müzakirələr aparılıb.

Agentliyin Təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin müdiri Fariz Qasımovun sözlərinə görə, ictimai dinləmələrdə əsas məqsəd yaşıllıqların maksimum mühafizə olunmasıdır:

“Bizə müraciət edilən hər bir layihə üzrə götürüləcək və ya köçürüləcək yaşıllıqların yenidən bərpa edilməsi tələbi qoyulur. Həmçinin, rayon və şəhər ərazilərində kök üstə quruyan ağacların götürülməsi və onların yerində yeni tinglərin əkilməsi şərti ilə qərara alınır”.

Müzakirələrin sonunda adıçəkilən müraciətlərin rəyverilmə mərhələsində olduğu bildirilib.

Əvvəlki məqaləAzərbaycan və UNFCCC arasında Ev Sahibliyi Sazişi imzalanıb
Növbəti məqalədəQərbi Azərbaycan İcmasında “Yaşıl dünyada qadınların təhsili: dünəndən bu günə” mövzusunda konfrans keçirilib