“Ekoloji tarazlığın qorunması və bərpası” mövzusunda tədbir

İyunun 27-də Zirə Mədəniyyət Mərkəzinin Eko-parkında Xəzər rayon İcra Hakimiyyəti və “Dendrologiya bağı” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə “Ekoloji tarazlığın qorunması və bərpası” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov son illər ölkədə ekoloji mühitin sağlamlaşdırılması istiqamətində aparılan işlərdən danışıb.

Azərbaycanın qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyini vurğulayan Xəzər rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.

Onun sözlərinə görə, müəyyən edilmiş həmin prioritetə uyğun olaraq, ətraf mühitin qorunması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər görülür.

Tədbirdə çıxış edən İradə Hüseynova, Elşad Qurbanov, Cəbrayıl Ağayev, Həsən Babayev, Namiq Məmmədov, Səyyarə İbadullayeva qlobal istiləşmənin ciddi fəsadlar verdiyini bildirib, ətraf mühitin sağlamlaşdırılması, yaşıl enerjiyə keçid istiqamətində atılan addımların zəruriliyindən bəhs ediblər.

Diqqəti payızda Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a çəkən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədr vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova bildirib ki, bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın yaşıl enerjiyə keçid istiqamətində atdığı addımlara verilən qiymətin təzahürüdür.

“Ölkəmiz milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə böyük töhfələr verir. Ekoloji durumun daim sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin daim diqqət mərkəzində olmuşdur. Dövlət başçısının sosial-iqtisadi sahələrdə müəyyən olunmuş məqsədyönlü və uğurlu siyasəti ölkəmizə böyük uğurlar qazandırıb. Həmçinin ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ekoloji vəziyyətin yaxşılaşdırılması, təbiətin, ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə bağlı fəlakətlərin qarşısının alınması və ətraf mühiti çirkləndirən amillərə qarşı ciddi mübarizənin təşkilində gördüyü işlər tədqirəlayiqdir.

Əvvəlki məqaləÇaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq
Növbəti məqalədəBölgələrdə güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib