Ekoloqların aksiyası

Çərşənbə günü “Sonuncu nəsil” ekoloji qrupunun fəallarının uçuş-eniş zolağına daxil olması nəticəsində Almaniyanın “Köln-Bonn” hava limanı təyyarələrin uçuşunu və qəbulunu dayandırmaq məcburiyyətində qalıb.

AZƏRTAC xəbər verir ki, EFE agentliyi bu barədə aeroportun rəhbərliyinə istinadla məlumat yayıb.

“Sonuncu nəsil” ekoloji qrupu Almaniya hökumətindən 2030-cu ilədək neft, qaz və kömürdən istifadənin mərhələli şəkildə dayandırılmasını tənzimləyən beynəlxalq müqavilənin hazırlanmasını tələb edir.

Qrupun fəalları Böyük Britaniya, Avstriya, Niderland, İsveçrə, Kanada, ABŞ və Norveç də daxil olmaqla, digər ölkələrin hava limanlarında “oxşar dinc vətəndaş etirazları” keçirəcəkləri barədə xəbərdarlıq ediblər.

Əvvəlki məqalə“Plastik və polietilen məmulatlarının istifadəsinin azaldılması” layihəsi Xaçmazda icra edildi
Növbəti məqalədəEfiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 229-a çatıb