hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin iyunun 29-u saat 9:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin iyunun 28-i günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı Zaqatalada 27, Balakəndə 17, Oğuzda 11, Astarada 8, Qusar, Qəbələ, Quba, Xaltan, Ağsu, İsmayıllı, Şahdağda 6 millimetrədək olub.

Verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Culfada 22 metr/saniyəyədək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31°, Naxçıvan Muxtar Respublikasında 35°, Aran rayonlarında 31°, dağlıq rayonlarda 20°-dək isti olub.

Əvvəlki məqaləAraşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar
Növbəti məqalədəQazaxıstanın Aktau şəhərində Atom Elektrik Stansiyasının tikintisi təklif olunur