Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə "Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyasının görüşü

02.10.2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyasının İdarə heyətinin üzvləri Sadiq Həsənov və İradə Həsənovanın iştirakı ilə ETSN-in mütəxəssisləri ilə görüş keçirilib.

Görüşdə həmçinin ETSN yanında İctimai Şuranın üzvləri iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə "Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyasının görüşü

“Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyasının İdarə heyətinin üzvü Sadiq Həsənov  ETSN-ə görüş və müzakirələr üçün təşəkkür edərək bildirib ki, koalisiya 30-dan çox ekoloji QHT-nin birləşdiyi bir təşkilatdır və əsas məqsədi Azərbaycanda ekoloji problemlərin araşdırılması, tədqiqatı, maarifləndirmənin təşkili, layihələrin həyata keçirilməsi və dövlət təşkilatları ilə birlikdə görüşlərin, müzakirələrin və qərarların qəbul edilməsi zamanı ictimai dinləmələrin keçirilməsində iştirak etməkdir. S.Həsənov ölkəmizi və dünyanı narahat edən əsas problemlər barədə məlumat verərək onların aradan qaldırılması barədə koalisiya ekspertlərinin fikir və təkliflərini görüş iştirakçılarına çatdırdı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə "Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyasının görüşü

“Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyasının idarə heyətinin üzvü İ.Həsənova çıxış edərək bildirdi ki, keçirilən görüşlər və tədbirlər zamanı əhalidə ekoloji biliklərin kifayət qədər olmaması və ekoloji problemlər barədə məlumatsızlıq bəzən insanların ətraf mühitə laqeyd yanaşmasına gətirib çıxarır.

ETSN-in şöbə müdiri S.Məmmədova Nazirlik tərəfindən son dövrlərdə görülən işlər haqqında geniş məlumat verərək ekoloji problemlərin həll olunması istiqamətində QHT-lərlə hər zaman qarşılıqlı əməkdaşlıq edildiyini və bundan sonra da bu sahədə təklifləri müzakirə etməyə açıq olunduğunu görüş iştirakçılarının diqqətinə çatdırdı.

Görüş qarşılıqlı müzakirə və fikir mübadiləsi aparılaraq öz işini yekunlaşdırdı.

Əvvəlki məqaləİlin son Günəş tutulması baş verib
Növbəti məqalədəBakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA Universitetində tədbir keçirilib