Qaemi qasırğası Çinə çatıb, Tayvan və Filippində geniş dağıntılar törədib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, Tayvanda torpaq sürüşməsi və daşqınlar qeydə alınıb, nəticədə 3 nəfər ölüb.
Filippində isə qurbanların sayı artıq 22-yə çatıb.
“The Guardian” yazıb ki, Filippinin paytaxtı Manilada 300 mm-dən çox yağış yağıb və bu, genişmiqyaslı daşqınlara səbəb olub. Bəzi ərazilərdə suyun səviyyəsi birmərtəbəli binaların hündürlüyünə qədər qalxıb.
Tayvanda ən azı dörd bölgəyə 14 saat ərzində 1000 mm-dən çox yağış düşüb.
Çinin cənub-şərqində 200-300 mm yağıntının düşəcəyi və iki-üç gün ərzində Qaemi qasırğasının zəifləyəcəyi gözlənilir.