Yaponiyada “Fukusima-1” atom elektrik stansiyasından (AES) təmizlənmiş suyun okeana buraxılması dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AES-in rəhbərliyi qərar qəbul edib. Lakin bu addımın səbəbi açıqlanmır.
Qeyd edək ki, bir neçə saat əvvəl atom elektrik stansiyasının yerləşdiyi ərazidə 5,8 maqnitudalı zəlzələ baş verib. Yaponiya rəsmiləri yeraltı təkanların AES-lərin işinə təsir etmədiyini bildirib. Bütün stansiyalar adi rejimdə işləyir.