“Gənc nəslin bərpa olunan enerji mənbələri haqqında maarifləndirilməsi”

Energetika Nazirliyi yanında İctimai Şuranın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində ADPU-nun tələbələri ilə “Gənc nəslin bərpa olunan enerji mənbələri haqqında maarifləndirilməsi” mövzusunda növbəti görüş keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzinin direktoru Tahir Süleymanov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzinin direktoru Tahir Süleymanov

Mərkəzin direktoru Tahir Süleymanov 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun qazandığı qələbədən sonra ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən danışıb. “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş və Azərbaycanın COP29-a sədrlik etdiyi cari il ərzində tələbələrin bərpa olunan enerjidən istifadənin faydaları, həmçinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində görülən işlərlə bağlı məlumatlandırılması istiqamətində bu görüşün əhəmiyyətini vurğulayıb.

Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Şaban Nəsirov
Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Şaban Nəsirov

Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Şaban Nəsirov şuranın fəaliyyəti və müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi maarifləndirmə tədbirləri haqqında danışıb, müəllimlik ixtisası üzrə təhsil alan tələbələrin yaşıl enerji və enerji səmərəliliyi kimi istiqamətlərdə bilik və bacarıqlarının gücləndirilməsinin sahənin dayanıqlı inkişafına töhfə verə biləcəyinə diqqət çəkib. İctimai şuranın həm Energetika Nazirliyi ilə, həm də digər qurum və təşkilatlarla ADPU arasında körpü rolunu oynamağa hazır olduğu qeyd edilib.

Energetika Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini Mehriban Abdullayeva
Energetika Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini Mehriban Abdullayeva

Energetika Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini Mehriban Abdullayeva vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmasını təklif etdi. O, çıxışında tələbə və müəllim heyətini Azərbaycann suverenliyinin bərpası münasibətilə ürəkdən təbrik etdi. Gələcəyin pedaqoqlarına təhsillin Azərbaycanın daha da sürətli inkişafına səbəb olacağını söylədi.

Energetika Nazirliyi yanında İctimai Şuranın katibi Samir Həsənov
Energetika Nazirliyi yanında İctimai Şuranın katibi Samir Həsənov

İctimai Şuranın katibi Samir Həsənov tələbələrə bərpa olunan enerji mənbələri barədə təqdimatı nümayiş etdirdi. Təqdimatda bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı, su və enerji kimi resusrlara qənaət barədə məlumatlar əks olunurdu.

Energetika Nazirliyi yanında İctimai Şuranın üzvü, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov
Energetika Nazirliyi yanında İctimai Şuranın üzvü, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov

Energetika Nazirliyi yanında İctimai Şuranın üzvü, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov “Yaşıl enerji”yə keçid, ekologiya və müasir dünyanın çağırışları barədə geniş təqdimatla çıxış edərək tələbələrin ekoloji biliklərə malik olmasını bir daha vurğuladı.

Energetika Nazirliyinin sektor müdiri Cahid Mikayılov
Energetika Nazirliyinin sektor müdiri Cahid Mikayılov

Energetika Nazirliyinin sektor müdiri Cahid Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə “Yaşıl enerji” keçidi sahəsində davam edən islahatlardan söz açıb, bu istiqamətdə icra edilən layihələr, əsas prioritetlər və yaşıl enerji ixracı ilə bağlı planlar haqqında məlumat verib. Cari ildə dövlət qurumları, təhsil müəssisələri və digər maraqlı tərəflərin bərpa olunan enerji və ətraf mühitin mühafizəsi kimi sahələrdə sıx əməkdaşlığının müvafiq mövzularda ictimai məlumatlılığın artmasına təkan verdiyini vurğulayıb.

“Gənc nəslin bərpa olunan enerji mənbələri haqqında maarifləndirilməsi”

Tədbir zamanı İctimai Şura üzvlərinin ətraf mühitin mühafizəsi və iqlim dəyişikliklərinə qarşı mübarizədə bərpa olunan enerji mənbələrindən istifadənin və yaşıllıqların artırılmasının əhəmiyyəti, su və enerji resurslarının səmərəli istifadəsi, tullantıların idarə olunması, karbon izinin azaldılması, enerji səmərəliliyinin artırılması, eləcə də ekoloji maarifləndirmə və cəmiyyətin bu sahədəki rolu kimi mövzularda çıxışları dinlənilib. Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, onların yaşıl enerji sahəsinə dair maraqlı fikirləri müzakirə edilib.

“Gənc nəslin bərpa olunan enerji mənbələri haqqında maarifləndirilməsi”

Əvvəlki məqaləCOP29 Beynəlxalq Məşvərət Komitəsinin növbəti iclası keçirilib
Növbəti məqalədəCOP29-a ev sahibliyi Azərbaycanın yaşıl gündəliyini nümayiş etdirir