Gəncədə güclü külək

Dünən axşam saatlarından başlayaraq qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti Gəncədə də bir sıra fəsadlar törədib. Güclü külək nəticəsində şəhərin bir sıra ərazilərində iri gövdəli ağaclar aşıb, bəzi ağacların budaqları sınıb. Nəticədə bir neçə avtomobilə ziyan dəyib.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, güclü külək nəticəsində şəhərdə 41 iri gövdəli ağac aşıb, 5 avtomobilə ziyan dəyib. Həmçinin 2 çoxmənzilli binanın və 1 fərdi yaşayış evinin dam örtüyü uçub, 1 işıq və 1 elektrik dirəyi aşıb.

Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları küləyin fəsadlarının aradan qaldırılmasına çalışırlar.

Əvvəlki məqaləQeyri-sabit hava şəraiti qərb bölgəsində fəsadlar törədib
Növbəti məqalədəGilgilçay və Dəmiraparançaydan sel keçir