Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel
Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) böyük uğur qazanacaq.

“Report” xəbər verir ki, bunu əminliklə Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel bu gün keçirilən Bakı Enerji Forumunun I günündə “Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq” mövzusunda plenar müzakirələrdə bildirib.

O qeyd edib ki, COP29 mühüm məsələlərin müzakirəsi və vacib qərarların alınması baxımdan mühüm platformadır: “Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev ilə görüşümdə də bununla bağlı söhbətimiz oldu. İnanıram ki, bu mötəbər tədbirdə atılacaq addımlar enerji keçidinə mühüm töhfələr verəcək”.

Əvvəlki məqalə“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş fotomüsabiqə
Növbəti məqalədəPrezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib