sel

Goranboyda küləklə müşahidə olunan leysan fəsadlar törədib.

“Report”un Qərb bürosunun məlumatına görə, yağış nəticəsində yaranmış sel suları rayonun Rəhimli, Veyisli, Qazaxlılar, Goranlı, Borsunlu və daha bir neçə kəndlərinə ziyan vurub.

Bir neçə vətəndaşın evinin həyətinə, əkin sahələrinə sel suları dolub. İki vətəndaşa məxsus avtomobilə zərər dəyib.

Qeyri-sabit hava şəraiti səbəbindən bir neçə kənddə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda ərazidə fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.

Əvvəlki məqaləKüləkli hava şəraiti ilə bağlı növbəti dəfə sarı xəbərdarlıq edilib
Növbəti məqalədəLeysan Ankarada nəqliyyatın hərəkətini iflic edib