külək

Bakıda və Abşeron yarımadasında noyabrın 9-da cənub küləyinin 15-20 m/s, səhər və gündüz arabir 23-28 m/s, 10-da isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Azərbaycanın rayonlarında noyabrın 10-u səhər dağlıq ərazilərdən başlayaraq 11-i səhərədək arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Noyabrın 9-u axşamdan 10-u günün ikinci yarısınadək qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Əvvəlki məqaləAzərbaycan Britaniya şirkətinə “Gədəbəy” yatağında hasilatı bərpa etməyə icazə verib
Növbəti məqalədəNeft Daşlarında dalğanın hündürlüyü 4 metrə çatıb