Azərbaycanda 3,1 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ Qobustan stansiyasından 32 km cənubda, Hacıqabul rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin gücü hiss olunmayıb.