Fövqəladə Hallar Nazirliyi

Xəbər verildiyi kimi, intensiv yağışlar nəticəsində Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində zəruri təhlükəsizlik tədbirlərinin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub.

FHN Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən gündən başlayan əməliyyat gecə saatlarında da fasiləsiz olaraq davam etdirilib.

Subasmaya məruz qalmış bir sıra ünvanlarda əməliyyat nəticəsində suyun çəkilərək kənarlaşdırılması təmin olunub.

Həmçinin Nazirliyin qüvvələri tərəfindən köməyə ehtiyacı olan 3-ü uşaq olmaqla ümumilikdə 11 nəfər, o cümlədən tibbi yardıma ehtiyacı olan 1 nəfər təxliyə olunub.

Hazırda Nazirliyin Mülki müdafiə qoşunları və Muğan Regional Mərkəzinin qüvvələrinin cəlb olunduğu əməliyyat davam etdirilir.

Əvvəlki məqaləSabah Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir
Növbəti məqalədə“İqlim dəyişikliyi və ekosistemlərin dayanıqlılığı: təhdidlər, çağırışlar, həllər” – elmi sessiya