Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva

Lerik rayonunda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) könüllülərinin qatıldığı aksiyada 500-dən çox çinar ağacı əkilib.

Monidigah kəndindəki ağacəkmə aksiyası “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə yaşıllıq zolaqlarının artırılması və ətraf mühitin mühafizəsinə daha bir töhfə olub.

Əvvəlki məqaləBalakəndə 780 ədəd ağac əkilib
Növbəti məqalədəYağıntılı hava şəraiti sabah günortaya qədər davam edəcək