“Heyvanları sevək, ətrafı təmiz saxlayaq”- “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi Gəncədə aksiya keçirib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin həyata keçirdiyi “Təbiətə sevginin, heyvanlara qayğının artırılması” layihəsinin icrası davam edir. İyulun 11-də Gəncə şəhərində layihə çərçivəsində ətraf ərazilərin məişət tullantılarından təzmilənməsi aksiyası keçırılıb. Aksiyada layihənin rəhbəri İradə Həsənova, ekspert Elman Cəfərli Azərbaycan Aqrar Universtetinin Baytarlıq Təbabəti fakültəsinin dekanı aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Şəlalə Zeynalova, fakültənin müəllim heyəti və tələbələri iştirak edib. Aksiyada şəhərin Ozan küçəsində yerləşən Tələbə parkının ərazisinə və ətraf küçələrə atılmış polietilen torbalar, plasmas su butulkaları, yemək qalıqları, meyvə çəyirdəkləri toplanaraq məişət tullantıları qablarına atılıb. Sakinlərlə və aksiya iştirakçıları ilə maarifləndirici söhbətlər aparılıb.
Layihənin rəhbəri İradə Həsənova hər kəsi ətraf mühitə qarşı diqqətli olmağa çağırıb. Sonra aksiya iştirakçıları Tələbə parkı və universitet yerləşən Ozan küçəsində sahibsiz küçə heyvanlarına qayğı göstərib, onlara xüsusi qablarda qida veriblər. Aksiya sakinlər tərəfindən maraqla qarşılanıb.
Layihənin eksperti Elman Cəfərli bildirib ki, bu aksiyaları keçirməkdə məqsəd yerli sakinlərin diqqətini cəlb etmək, onları ətrfa mühitin sağlamlaşdırılması və sahibsiz heyvanlara qayğı hissinin aşılanmasıdır.