ildırım

Hindistanın Çhattisqarh ştatında ildırım vurması nəticəsində 7 nəfər ölüb.

AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, hadisə Balodabazar-Bhatapa rayonunda axşam saatlarında baş verib. Əkin sahəsində işləyənlər şiddətli yağışdan qorunmaq üçün ağacın altına toplaşıblar. İldırımın ağaca düşməsi 7 nəfərin ölümünə, 3 nəfərin ağır yaralanması ilə nəticələnib.

Qeyd edək ki, Hindistanda hər il musson yağışları mövsümündə minlərlə adam ildırım qurbanı olur.

Əvvəlki məqaləBosniya və Herseqovinadakı Milli Parkda meşə yanğını davam edir, bəzi evlər üçün təhlükə yaranıb
Növbəti məqalədəKOBİA sədri: “Yaşıl biznes standartı”nın hazırlanması üzərində çalışırıq