Lerikdə meşə sahəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Lerik rayonunun Gürdəsər kəndi yaxınlığında Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 9,8 hektar və Hirkan Milli Parkının ərazisində 0,2 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.
Nazirliyin yanğından mühafizə bölmələri mürəkkəb relyef şəraitində əsasən əl əməyindən istifadə edərək yanğını söndürüblər.
Ətraf ərazilər yanğından mühafizə olunub.