Daxili İşlər Nazirliyi

Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtın Suraxanı rayonunda keçirilən tədbir zamanı Hövsan qəsəbəsində yerləşən istirahət mərkəzlərindən birində tullantı yerlərinin müəyyənləşdirilmədiyi aşkar edilib.

Tullantı emalı yerlərinin müəyyənləşdirilməsi qaydalarının pozulmasına görə həmin istirahət mərkəzinin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu sahədə tədbirlər davam etdirilir.

Əvvəlki məqaləSiciliya adasındakı Etna vulkanı yenidən fəallaşıb
Növbəti məqalədəİqlimşünas: Rusiya ərazisi qlobal istiləşməyə iki dəfə daha çox məruz qalır